Toral Bayramov bir hissə oynadı, “Bursaspor” qalib gəldi

02:30 Bizimkilər 54
Toral Bayramov bir hissə oynadı, “Bursaspor” qalib gəldi

Azərbaycan millisinin müdafiəçisi Toral Bayramovun komandası “Bursaspor” növbəti yoxlama oyununu keçirib.

Sportinfo.az xəbər verir ki, Düzce Topuk Yaylasında təlim-məşq toplanışında olan bursalılar 1-ci Liqanın digər iştirakçısı “Esenler Erokspor”la qarşılaşıb.

Bayramov əvvəlki matçlarda olduğu kimi, bu dəfə də start heyətində meydana çıxıb və müdafiənin sol cinahında yer alıb.

Hər hissədə bir dəfə fərqlənən “Bursaspor” rəqibi üzərində 2:0 hesablı qələbə qazanıb.

Bu arada, “Mançester Siti”nin sabiq hücumçusu Keleçi İheanaçonu transfer edən “Bursaspor” daha bir tanınmış oyunçu ilə anlaşmaq üzrədir.

Son olaraq “Gənclərbirliyi”də çıxış etmiş keçmiş “Qalatasaray”lı Henri Onyekuru ilə danışıqlar aparılır. İhenaçonun dostu olan Onyekuru “timsah”ın formasını geyinməyə hazırdır.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
21 İyul 16:30 Çək və bizə göndər!
21 İyul 02:10 "Araz-Naxçıvan"dan 11:2