Toral Bayramov “Bursaspor”da ilk oyununa çıxdı, bəxti gətirmədi

02:10 Bizimkilər 126
Toral Bayramov “Bursaspor”da ilk oyununa çıxdı, bəxti gətirmədi

Azərbaycan millisinin futbolçusu Toral Bayramov yeni komandası “Bursaspor”da ilk oyununa çıxıb.

Sportinfo.az xəbər verir ki, I Liqa təmsilçisi Boludakı təlim-məşq toplanışında “Batman Petrolspor”la qarşılaşıb.

Bursalılar hər hissədə fərqli “11-lik”lə meydana çıxıb. Matça ehtiyatdan başlayan Toral fasilədən sonra mübarizəyə qoşulub.

Müdafiənin solunda yer alan Bayramov hətta 46-cı dəqiqədə fərqlənməyə də yaxın olub. Lakin 25 yaşlı futbolçunun zərbəsində azacıq dəqiqlik çatmayıb.

Hər iki qolun ikinci hissədə vurulduğu qarşılaşma 1:1 hesablı heç-heçə ilə yekunlaşıb.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
12 İyul 20:00 Çək və bizə göndər!