Sportinfo.az xəbər verir ki, Azərbaycan klubları futbol üzrə avrokubokların birinci təsnifat mərhələsində tarixi nəticəyə imza atıb.
Əvvəlki mövsümlərin nəticələri göstərir ki, tarixdə ilk dəfə üç Azərbaycan klubu avrokubokların birinci təsnifat mərhələsinə qələbə və qol buraxmadan başlayıb.
Buna bənzər yüzfaizlik nəticə 2017/18 mövsümündə də qeydə alınmışdı. Lakin həmin vaxt birinci təsnifat mərhələsində yalnız iki Azərbaycan klubu iştirak edirdi.
“Zirə” Lüksemburqun “Differdanj “klubunu 2:0 hesabı ilə məğlub etmiş, Bakı “İnter”i isə Serbiyanın “Mladost” komandasını 3:0 hesabı ilə darmadağın etmişdi.
Azərbaycanın avrokuboklardakı dördüncü təmsilçisi “Neftçi” mübarizəyə Konfrans Liqasının ikinci təsnifat mərhələsindən başlayacaq.

