Azərbaycan klubları avrokubokların birinci təsnifat mərhələsində tarixi nəticəyə imza atıb.
Sportinfo.az xəbər verir ki, bu mərhələdə mübarizəyə qoşulan ölkəmizin hər üç təmsilçisi ilk oyununda qələbə qazanmaqla yanaşı, qapısını da toxunulmaz saxlayıb.
Belə ki, Çempionlar Liqasında “Sabah” Uelsin “Nyu Sents” klubunu 2:0 hesabı ilə məğlub edib. Konfrans Liqasında “Zirə” Gürcüstanın “Torpedo” komandasını 3:0 hesabı ilə darmadağın edib.
Avropa Liqasında isə "Qarabağ" İslandiyanın “Vestri” klubuna eyni hesabla qalib gəlib. Beləliklə, Azərbaycan təmsilçiləri ilk oyunlarda rəqiblərinə ümumilikdə səkkiz cavabsız qol vurublar.

