“Kayzerslautern”dən ayrılmağa hazırlaşan Mahir Emreli üçüncü təklifi aldı

12 İyul 02:10 Bizimkilər 3 124
“Kayzerslautern”dən ayrılmağa hazırlaşan Mahir Emreli üçüncü təklifi aldı

Azərbaycan millisinin hücumçusu Mahir Emrelinin “Kayzerslautern”dən ayrılığı məsələsi an məsələsidir.

Sportinfo.az xəbər verir ki, sportal.az-a verilən məlumata görə, Emrelinin daha bir variantı ortaya çıxıb.

Belə ki, Polşa yüksək liqasında yarışan “Rakov” Mahir üçün hərəkətə keçib. Polyaklar onun keçidini bu yay həll etmək niyyətindədir. Amma millimizin üzvü yekun qərarını verməyib.

Onun hazırda APOEL və “Levadiakos”dan da sərfəli təklifləri var.

Mahir Emrelinin “Kayzerslautern”lə müqavilə müddəi 2028-ci il iyunun 30-na qədərdir.

Digər Xəbərlər
Xəbər Lenti