Kamil Sadıqlı karyerasını Albaniyada davam etdirəcək.
Sportinfo.az xəbər verir ki, o, "KS Besa Kavaya" ilə müqavilə imzalayıb.
Mərkəz yarımmüdafiəçisi "Qarabağ"ın aşağı yaş qruplarında yetişib.
U-19 komandasının kapitanı olub, daha sonra əvəzedici heyətə də cəlb edilib. Ötən mövsümü I Liqada - "Difai"də keçirib.
"KS Besa Kavaya" isə Albaniya futbolunun tarixi komandalarından biridir. Əsası 1925-ci ildə qoyulan klub müxtəlif dövrlərdə ölkə kubokunda uğurlar qazanıb və Avropa klub turnirlərində iştirak edib.

