Azərbaycan millisinin vingeri Vüsal İsgəndərlinin də formasını geyindiyi “Malişeva” Konfrans Liqasının 1-ci təsnifat mərhələsində ilk oyununa çıxıb.
Sportinfo.az xəbər verir ki, Kosovo təmsilçisi səfərdə Albaniya “Vlajniya”sı ilə üz-üzə gəlib.
Görüşdə “Vlajniya” 2:1 hesablı qələbə qazanıb.
Vüsal da bu matçda iştirak edib. O, meydana 64-cü dəqiqədə Vlamir Nafiunun əvəzinə çıxıb.
Bu komandalar arasındakı cavab matçı iyulun 16-da Kosovoda keçiriləcək.
“Vlajniya” - “Malişeva” 2:1
Qollar: Qato, 37, Musta, 56 - Hiyland, 4

