Azərbaycan klubları hələ belə SUPER XƏBƏR almamışdı...

00:50 Bizimkilər 221
Azərbaycan klubları hələ belə SUPER XƏBƏR almamışdı...

Avrokubokların 1-ci təsnifat mərhələsinin ilk oyunları Azərbaycan futbolu tarixinə ən uğurlu həftə kimi düşüb.

Sportinfo.az PFL-in saytına istinadən xəbər verir ki, klublarımız keçirilən hər üç oyunda qalib gəlib.

Çempionlar Liqasında “Sabah” TNS-i (Uels) 2:0, Avropa Liqasında “Qarabağ” “Vestri”ni (İslandiya) və Konfrans Liqasında “Zirə” “Torpedo”nu (Kutaisi, Gürcüstan) eyni – 3:0 hesabı ilə məğlub edib.

Bu, qitə miqyaslı klub turnirləri tarixində ikinci belə hadisədir. Komandalarımız bunadək yalnız bir dəfə həftə ərzində ən azı 3 oyun keçirib və hamısında qalib gəlmişdi.

2013/14 mövsümündə “İnter” “Mariehamn”ı (Finlandiya) 2:0, “Qarabağ” “Metalurq”u (Şimali Makedoniya) və “Xəzər Lənkəran” “Slima”nı (Malta) eyni – 1:0 hesabı ilə məğlub edib.

Həmin qarşılaşmaların üçü də Avropa Liqasının I təsnifat mərhələsinin cavab oyunları çərçivəsində baş tutub və 2013-cü il iyulun 11-də keçirilib.

13 ildən sonra 3 qələbə əldə olunsa da, bu dəfə daha yaxşı top fərqi qeydə alınıb.

2013-cü ildə qol buraxmayan üç klubumuz 4 qol vurubsa, yenə qapısını toxunulmaz saxlayan təmsilçilərimiz ikiqat çox – 8 dəfə rəqib qapısına yol tapıb.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
10 İyul 16:30 Çək və bizə göndər!