“Deyəcək bir söz yoxdur, yaxşıca döyüldüm, mən buna cürət etdim” - VİDEO

2 Fevral 03:00 Bizimkilər 445
“Deyəcək bir söz yoxdur, yaxşıca döyüldüm, mən buna cürət etdim” - VİDEO

Azərbaycanlı döyüşçü Rafael Fiziyev UFC 325 turnirində braziliyalı Maurisio Ruffiyə uduzduğu görüşdən sonra fikirlərini bölüşüb.

Sportinfo.az xəbər verir ki, o, sosial şəbəkə hesabındakı paylaşımında bildirib ki, özünü inkişaf etdirib daha irəli gedəcək:

"Nə deyə bilərəm ki? Deyəcək bir söz yoxdur. Yaxşıca döyüldüm. Texniki nokaut. Nə etmək olar? Mən cəsarətimin çatdığı o həyatı yaşayıram.

Bəli, mən buna cürət etdim. Mən döyüşçüyəm, geri qayıdacam. Yenə də davam edəcəm, özümü inkişaf etdirəcəm, çalışacam, irəli gedəcəm və hamını qələbələrimlə sevindirməyə çalışacam.

Bunun öhdəsindən gələcəm. Dəstək olan hər kəsə təşəkkür edirəm. Hamınızı sevindirmək alınmadı..."

Fiziyev yüngül çəki dərəcəsində baş tutan və turnirin üçüncü ən vacib döyüşü hesab olunan qarşılaşma ikinci raundda nokautla Maurisio Ruffiyə uduzub.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
14 Fevral 18:10 Çək və bizə göndər!
14 Fevral 04:00 Kim daha çox qazanır?
14 Fevral 03:10 “Çətin komandadır”