COP29

Cəlala verilən dəqiqələr - Bolqarıstandan VİDEO

24 May 01:50 Bizimkilər 418
Cəlala verilən dəqiqələr - Bolqarıstandan VİDEO

Bolqarıstan çempionatında 35-ci turun oyunları keçirilir.

Sportinfo.az xəbər verir ki, Azərbaycan millisinin müdafiəçisi Cəlal Hüseynovun komandası “Arda” öz meydanında Sofiya “Slaviya”sı ilə qarşılaşıb.

Oyun meydan sahiblərinin qələbəsi ilə yekunlaşıb.

Cəlal da bu matçın iştirakçısı olub. O, matça ehtiyat oyunçular skamyasından başlasa da, 70-ci dəqiqədə İvan Tilevin əvəzinə meydana daxil olub.

Bu qələbədən sonra “Arda” 48 xalla 8-ci, "Slaviya" 43 xalla 10-cu pillədə qərarlaşıb.

“Arda” - “Slaviya” 3:1
Qollar
: Tonislav Yordanov, 33 (1:0), Vladimir Nikolov, 41 (1:1), Plamen Kraçunov, 62 (2:1), İvan Kokonov, 86 (3:1)

Digər Xəbərlər
Xəbər Lenti
26 İyul 18:10 Çək və bizə göndər!