"İki nəfər az işləyirsə, heç nəyə nail olmaq mümkün deyil"

13 Dekabr 2024 00:50 Bizimkilər 435
"İki nəfər az işləyirsə, heç nəyə nail olmaq mümkün deyil"

Almaniya mətbuatı "Nürnberq"in azərbaycanlı hücumçusu Mahir Emrelinin ikinci Bundesliqanın son matçlarındakı performansından yazıb.

Sportinfo.az xəbər verir ki, “Bild” nəşri millimizin forvardının performansını belə şərh edib:

"Paderborn"la (2:3) matçdakı məhsuldar ötürmədən savayı, azərbaycanlı son bir neçə həftədə çox az nailiyyət əldə edib. Emreli “Elversberq”lə son görüşdə (1:2) bir neçə qol şansı əldə etmişdi".

Lakin komandanın baş məşqçisi Miroslav Kloze “Bild”ə açıqlamasında forvardın da yer aldığı hücum xəttindən razı qalmayıb:

"Bu oyunda başqa oyunlarda olduğu qədər istək və sayıqlıq, topsuz işləmək əzmi yox idi.

Bu halda biz nəyisə əskik edirik. İki və ya üç nəfər qalanlardan az işləyirsə, heç nəyə nail olmaq mümkün deyil”.

“Nürnberq” 15 turdan sonra 12-ci pillədədir.

Digər Xəbərlər
Xəbər Lenti
23 Oktyabr 18:10 Çək və bizə göndər!
23 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
23 Oktyabr 01:50 Kim güldü, kim üzüldü?