“Qərb mediası Azərbaycana qarşı müxtəlif metodlar tətbiq edir”

22 Oktyabr 2024 07:50 Bizimkilər 554
“Qərb mediası Azərbaycana qarşı müxtəlif metodlar tətbiq edir”

“Bu ilin əvvəlindən artıq Prezident İlham Əliyevə qarşı yeni metodlarla kibertəhdidlərin şahidi oluruq”.

Bunu Medianın İnkişafı Agentliyinin İcraçı direktor müavini Natiq Məmmədli Milli Məclisin Xarici müdaxilələrə və hibrid təhdidlərə qarşı müvəqqəti komissiyası tərəfindən “COP29-a qarşı hibrid təhdidlər” mövzusunda keçirilən ictimai müzakirədə bildirib.

N.Məmmədli bildirib ki, müxtəlif hiberlinklər yaradılırdı, saxta müsahibələr paylaşılırdı: “Biz feyk məlumatlarla bağlı danışarkən incə nüansı fərqləndirməliyik. Dezinformasiyalar daha çox sosial şəbəkələr vasitəsilə yayılır.

Lakin xarici medianın manipulyasiya ilə məşğul olması nə qədər qəribə olsa da, XX əsrin əvvələrində Amerika mediası üçün xarakterik olub.

Bu gün də Qərb mediası müxtəlif metodları Azərbaycana qarşı tətbiq edir. Onlardan biri də məlumatın hissələrə bölünərək paylaşılmasıdır. Beləliklə, xarici media cəmiyyəti manipulyasiya edərək kütləvi şüura təsir edir və onlarda çaşqınlıq yaradır.

Buna qarşı təbii ki, mübarizə formaları var. Manipulyasi ilə məşğul olan xarici medialar birinci öz ictimai rəyini çaşdırır.

Azərbaycan haqqında dolğun məlumatı formalaşdırmaq və dünyaya çatdırmaq isə birinci Azərbaycan mediasının üzərinə düşür. Bununla bağlı da biz fəaliyyətimizi davam etdirməliyik”.

Digər Xəbərlər
Xəbər Lenti
24 Sentyabr 23:00 Bu oyunla çətin...
24 Sentyabr 18:10 Çək və bizə göndər!
24 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
24 Sentyabr 10:40 Millidə yeni “10 nömrə”
24 Sentyabr 08:30 Birini udduq, birini də...
24 Sentyabr 03:40 10 min manatlıq söyüş
24 Sentyabr 02:00 "Şəfa"nın yeni planı var