Ağayeva Moldova - İsveç matçına təyinat aldı

7 Sentyabr 2024 08:20 Bizimkilər 507
Ağayeva Moldova - İsveç matçına təyinat aldı

AFFA-nın Uşaq və Gənclər üzrə Yarışların təşkili şöbəsinin baş mütəxəssisi Zümrüd Ağayeva UEFA-dan növbəti təyinat alıb.

Sportinfo.az xəbər verir ki, o, 21 yaşadək futbolçular arasında Avropa çempionatının seçmə mərhələsi çərçivəsində keçiriləcək Moldova - İsveç oyununun UEFA nümayəndəsi olacaq.

Sentyabrın 10-da Moldovanın Nisporeni şəhərinin eyniadlı stadionunda təşkil olunacaq görüş Bakı vaxtı ilə saat 17:00-da başlayacaq.

Digər Xəbərlər
Xəbər Lenti
15 Sentyabr 18:10 Çək və bizə göndər!
15 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
15 Sentyabr 11:20 "Şikayətlənə bilmərik"
15 Sentyabr 03:50 Nəbiyevdən uğurlu debüt
15 Sentyabr 03:40 Yığmamız finalı uduzdu
15 Sentyabr 02:30 “Zelenskinin komandası”