Azərbaycanlı cütlük finaldan səhvsizı çıxdı, yüksək qiymət aldı

22 İyul 2024 21:20 Bizimkilər 583
Azərbaycanlı cütlük finaldan səhvsizı çıxdı, yüksək qiymət aldı

Azərbaycanlı hakimlər Gürcüstandan qayıdıb.

Avro Çimərlik Futbol Liqasının B divizionunun oyunları sözügedən ölkənin Batumi şəhərində keçirilib.

17-21 iyul tarixləri arasında keçirilən beynəlxalq turnirə dəvət alan azərbaycanlı ədalət təmsilçiləri İnqilab Məmmədovla Nail Nağıyev qrup mərhələsinin görüşlərini idarə etməklə yanaşı, final qarşılaşmasında iş başında olublar.

Həmyerlilərimiz yüksək idarəçilik qabiliyyətinə görə federasiya və təşkilatçılar tərəfindən tərif eşidib, xüsusi mükafatlarla təltif olunublar.

Həlledici oyunda Ukrayna Birləşmiş Ərəb Əmirliklərini 4:2 hesabı ilə məğlub edib.

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti