"Qarabağ" onu gətirmək üçün əlindən gələni edir" - SON TRANSFER İDDİASI

22 İyul 2024 11:20 Bizimkilər 17 454
"Qarabağ" onu gətirmək üçün əlindən gələni edir" - SON TRANSFER İDDİASI

Mahir Emrelinin karyerasıyla bağlı durum hələ də qeyri-müəyyəndir.

Onun "Dinamo"dan ayrılacağı bəllidisə, yeni klubu haqda müxtəlif iddialar mövcuddur.

Hücumçunun gah Əlcəzair təmsilçiləriylə, gah "Qarabağ"da, gah da Almaniyanın 2-ci bundesliqa iştirakçısı "Nürnberq"lə danışıqlar apardığı deyilir.

Sportinfo.az xəbər verir ki, "zagreb.info" mövzuyla bağlı əldə etdiyi bilgini oxuyucularıyla bölüşüb.

Xorvatiya nəşrinin xəbərinə inansaq, Mahirin xidmətində israrlı görünən klub "Qarabağ"dır. Millimizin forvardı uğrunda mübarizə aparan "köhlən atlar" onun azad agent statusu alaraq komandaya qoşulması üçün əlindən gələni edir.

Emrelinin xorvatiyalılarla müqaviləsinə xitam verilməməsinin yeganə səbəbi isə maliyyə ilə bağlıdır. "Dinamo" hücumçunun xidmətində bir neçə klubun maraqlı olmasından istifadə etmək, pul qazanmaq niyyəti güdür.

"Nürnberq" tərəfi isə bu həftənin bazar ertəsi Mahiri bazaya dəvət edib müzakirələr aparsa da, yekun qərarını açıqlamayıb.

Digər Xəbərlər
Xəbər Lenti