Yığmamızın müdafiəçisi həm uduzdu, həm cəzalandırıldı

12 İyul 2024 03:10 Bizimkilər 607
Yığmamızın müdafiəçisi həm uduzdu, həm cəzalandırıldı

Cənubi Koreya çempionatında 22-ci turun oyunları keçirilib.

Sportinfo.az xəbər verir ki, Azərbaycan millisinin müdafiəçisi Anton Krivotsyukun formasını geyindiyi "Daejeon" "Seul"la qarşılaşıb.

Millimizin üzvününü komandası rəqibinə 1:2 uduzub.

Krivotsyuk meydana start heyətində çıxıb və sona qədər oynayıb. O, 90+5-ci dəqiqədə sarı vərəqə ilə cəzalandırılıb.

"Daejeon" 19 xalla turnir cədvəlinin 12-ci pilləsində qərarlaşıb.

Digər Xəbərlər
Xəbər Lenti
5 İyul 16:00 10-cu AYRILIQ XƏBƏRİ
5 İyul 08:20 Quliyev Serbiya yolunda