COP29

Türkiyə klubu azərbaycanlı forvarda borcu qalıb - Külli miqdarda

29 May 17:40 Bizimkilər 2 198
Türkiyə klubu azərbaycanlı forvarda borcu qalıb - Külli miqdarda

"Hatayspor" Azərbaycan millisinin hücumçusu Renat Dadaşova borclu qaılb.

25 yaşlı forvard icarə əsasında formasını geyindiyi Super Liqa təmsilçisi ilə vidalaşıb.

O, 2023-cü ilin sentyabr ayından Türkiyə klubunda çıxış edirdi. Millimizin üzvü meydana çıxdığı 37 rəsmi matçda 7 qol vurub.

Müqavilə ilə "Qrasshoppers"ə məxsus Renatın qarşıdakı günlərdə İsveçrəyə dönəcəyi gözlənilir.

Yığmamızın oyunçusu ona kimi "Hatayspor"la problemini həll etməlidir. Sponsorsuz qalan klubun onun bir neçə aylıq maaş borcu qalıb.

Üstəlik, Superliqada qalmağa görə vəd olunan bonusu da almayıb.

Dadaşov bu ödəmələrə görə Türkiyə Futbol Federasiyasına baş vurmaq fikrindədir. Olmasa, FİFA-ya şikayət edəcək.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
26 İyul 18:10 Çək və bizə göndər!
26 İyul 00:10 "Nə olacaqsa, olacaq"