Cənubi Azərbaycan klubu pis vəziyyətə düşdü - VİDEO

22 Oktyabr 2021 22:40 Bizimkilər 1 981
Cənubi Azərbaycan klubu pis vəziyyətə düşdü - VİDEO

İranda 2021/22 mövsümünə start verilib.

Sportinfo.az xəbər verir ki, “Traktor” “Gol Gohar”ın qonağı olub.

Cənubi Azərbaycan təmsilçisi görüşdən 1:4 hesablı məğlubiyyətlə ayrılıb. Təbriz klubunun yeni sezona belə başlamasının səbəbi maliyyə vəziyyətinin pisləşməsi ilə bağlıdır.

FİFA onları cəzalandırıb. Persian Liqada çıxış edən “Traktor” beynəlxalq ali qurumun qəzəbinə tuş gəlib.

Bu, onların külli miqdarda borclanmasıı ilə bağlıdır. Belə ki, komandanın formasını geyinmiş bir çox legioner FİFA-ya şikayət edib və müqavilə öhdəliklərinin yerinə yetirilmədiyini bildirib.

Məhkəmə şikayət ərizələrini araşdırıb və “Traktor”un əleyhinə qətnamə qəbul eləyib. Həmin qətnamələrə əsasən, təbrizlilərə transfer qadağası qoyulub.

“Gol Gohar” – “Traktor” 4:1

Qollar: Pourali, 11, Sadiqi, 15, 38, Təbrizi, 21 - Abbaszadeh, 86

Digər Xəbərlər
Xəbər Lenti
25 Aprel 18:10 Çək və bizə göndər!