"Mahirin Belçikadan təklifi var idi, buraya gəlməsini məsləhət gördüm"

19 Oktyabr 2021 13:20 Bizimkilər 578
"Mahirin Belçikadan təklifi var idi, buraya gəlməsini məsləhət gördüm"

"O, böyük fiziki potensiala malik idi və daşdan da sərt idi".

Sportinfo.az xəbər verir ki, bu sözlər "Qarabağ"ın sabiq legioneri Dani Kintanaya məxsusdur.

Hazırda Polşada "Yagelloniya"nın formasını geyinən ispaniylı "Weszlo" nəşrinə müsahibəsində Mahir Emreli haqqında danışıb

34 yaşlı yarımmüdafiəçi "Legiya"nın şərəfini qoruyan hücumçunun keyfiyyətlərini dilə gətirib: "Həmin vaxt 17 yaşında idi və hər halda ona diqqət yetirməli idim.

Çox ağır və dinamik oynayırdı. Aqressiv deyildi, sadəcə, güclü idi. "Legiya" ilə müqavilə bağlayanda fikrimi soruşdu.

Belçikadan da təklifi var idi, buraya gəlməsini məsləhət gördüm. Ona dedim ki, "Legiya"da çempionluq uğrunda mübarizə aparacaqsan, avrokuboklar olacaq".

Digər Xəbərlər
Xəbər Lenti