Azərbaycan yığmasının sabiq yarımmüdafiəçisinə Rumıniyadan müştəri var

24 İyul 2021 22:20 Bizimkilər 2 043
Azərbaycan yığmasının sabiq yarımmüdafiəçisinə Rumıniyadan müştəri var

Azərbaycan yığmasının sabiq yarımmüdafiəçisi Riçard Almeyda karyerasını Rumıniyada davam etdirə bilər.

Sportinfo.az-ın məlumatına görə, “UTA Arad” onunla yaxından maraqlanır.

Arad şəhərini təmsil edən UTA ötən mövsüm Rumıniyanın yüksək liqasını 10-cu pillədə başa vurub.

Bu yay “Zirə”dən gedən braziliyalı orta sahə oyunçusunun bir sıra ərəb və İran klublarının transfer siyahısında da yer almasını qeyd edək.

Ötən ay "Qəbələ" ilə vidalaşan Vinko Medimoreç də “UTA Arad”a keçib. Xorvatiyalı müdafiəçi ilə 2 illik müqavilə imzalanıb.

Digər Xəbərlər
Xəbər Lenti