Mahiri “Qarabağ”dan aparan şəxs istefaya göndərilir?

22 İyun 22:40 Bizimkilər 1 535
Mahiri “Qarabağ”dan aparan şəxs istefaya göndərilir?

Mahir Emrelinin çıxış etdiyi "Legiya" baş məşqçisi Çeslav Mixneviçlə yollarını ayıra bilər.

Sportinfo.az xəbər verir ki, 51 yaşlı mütəxəssislə Varşava təmsilçisinin prezidenti Dariuş Myoduskinin münasibətləri pozulub.

Mixneviç funksionerə müraciət edərək heyətin yetərincə güclənməməsindən şikayətlənib. Myoduski isə ona mətbuat vasitəsilə cavab verib və bu, münasibətlərin pisləşməsinə səbəb olub.

Nəşr polşalı baş məşqçinin hər an öz vəzifəsini itirmə təhlükəsi ilə üz-üzə olduğunu yazıb.

Onun agenti bu gün gərginliyi azaltmaq və atmosferi tənzimləmək üçün klub prezidenti ilə görüşəcək. Danışıqların mövzusu eyni zamanda Mixneviçin 2022-ci ildə başa çatan müqaviləsi olacaq.

"Legiya" mövsümün əvvəlində Mahir Emrelidən əlavə iki futbolçu ilə də müqavilə imzalayıb.

Varşava klubu Çempionlar Liqasının I təsnifat mərhələsində Norveçin “Bude Qlimt” komandası ilə üz-üzə gələcək. I təsnifat mərhələsinin ilk oyunları iyulun 6-7-də, cavab görüşləri 13-14-də baş tutacaq.

Digər Xəbərlər
Xəbər Lenti
27 İyul 23:40 "Sabah"dan son VİDEO
27 İyul 16:40 "Qarabağ"ın yol planı
27 İyul 15:40 Ronaldo razılaşmadı
27 İyul 09:20 Yenə də… FOTOREPORTAJ