Prezident Quliyevə inanır

18 May 2021 18:00 Bizimkilər 733
Prezident Quliyevə inanır

Azərbaycanlı atlet Ramil Quliyev 200 metr məsafəyə qaçışda Avropa rekordunu qırmağa çalışacaq.

Sportinfo.az xəbər verir ki, bunu Türkiyə Atletika Federasiyasının prezidenti (TAF) Fatih Çintimar deyib.

Türkiyə millisinin Ərzurumdakı təlim-məşq toplanışını ziyarət edən federasiya prezidenti həmyerlimizin italiyalı atletə məxsus rekordu yeniləyəcəyinə inandığını bildirib:

“12-13 iyunda Ərzurumda Olimpiadaya lisenziya xarakterli yarış olacaq. Bu turnirdə Ramil Quliyev 200 metr məsafəyə qaçışda Avropa rekordu qırmağa çalışacaq.

O, italiyalı Pyetro Menneaya məxsus olan və 37 ildir əlçatmaz olan 19,72-lik rekordu Ərzurumda yeniləyərək, tarixə keçmək istəyir”.

Ramil Quliyev Türkiyə atletika yığmasının ilk dünya çempionudur.

Digər Xəbərlər
Xəbər Lenti