“Çox düşünməməli olduğumuz şeyləri hiss etdim və gördüm”

3 Avqust 2024 01:30 Paris-2024 894
“Çox düşünməməli olduğumuz şeyləri hiss etdim və gördüm”

Belçikalı triatlonçu Jolien Vermeulen Parisdə keçirilən Olimpiya Oyunları çərçivəsində Sena çayında çimərkən suda zibil hiss etdiyini bildirib.

Sportinfo.az xəbər verir ki, onun sözlərini “New York Post” nəşri yazıb.

“Körpünün altında üzərkən, çox düşünməməli olduğumuz şeyləri hiss etdim və gördüm”, - o deyib.

Belçikalı idmançı Sena çayında olarkən çox su içdiyini və bunun bədəninə necə təsir edəcəyindən narahat olduğunu qeyd edib. O, çayın təhlükəsiz olduğunu deyən məmurları tənqid edib.

Digər Xəbərlər
Xəbər Lenti
5 İyul 16:00 10-cu AYRILIQ XƏBƏRİ
5 İyul 08:20 Quliyev Serbiya yolunda