Polşa klubu azərbaycanlı futbolçu üçün iş icazəsi aldı

6 Mart 2021 22:40 Bizimkilər 1 592
Polşa klubu azərbaycanlı futbolçu üçün iş icazəsi aldı

Azərbaycanlı futbolçu Fuad Bayramov karyerasını Polşada davam etdirəcək.

Sportinfo.az xəbər verir ki, 26 yaşlı yarımmüdafiəçi Polşanın III liqasında çıxış edən KSZO klubuna keçib.

Ostrovets Svyentokşıski şəhərciyini təmsil edən klub bir il uzatmaq şərti ilə Fuadla mövsümün sonunadək müqavilə bağlayıb. KSZO-nun idman direktoru Sebastian Mazur bu barədə danışıb:

“Fuad uzun müddətdir ki, komandamızla məşq edirdi. Ancaq yalnız bu gün bütün rəsmiyyəti yekunlaşdırmağı bacardıq. Çünki 26 yaşlı oyunçu üçün iş icazəsi ("işçi vizası" – S.M.) almalı idik”.

Fuad Bayramov Azərbaycanın “İnter”/“Keşlə” və Gürcüstanın “Rustavi” klublarında çıxış edib.

Digər Xəbərlər
Xəbər Lenti
24 Sentyabr 23:00 Bu oyunla çətin...
24 Sentyabr 18:10 Çək və bizə göndər!
24 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
24 Sentyabr 10:40 Millidə yeni “10 nömrə”
24 Sentyabr 08:30 Birini udduq, birini də...
24 Sentyabr 03:40 10 min manatlıq söyüş
24 Sentyabr 02:00 "Şəfa"nın yeni planı var