Millimizin müdafiəçisi Türkiyədə klubunu dəyişdi - FOTO

26 Fevral 2021 23:00 Bizimkilər 617
Millimizin müdafiəçisi Türkiyədə klubunu dəyişdi - FOTO

17 yaşadək millimizin (U-17) türkiyəli futbolçusu Sərkan Aydın Türkiyədə klubunu dəyişib.

Sportinfo.az Türkiyənin “Özgür Kocaeli” qəzetinə istinadən xəbər verir ki, 2004-cü il təvəllüdlü sol cinah müdafiəçisi çıxış etdiyi “Kocaelispor”un aşağı yaş qrupu üzrə komandasından ayrılmaq istəyib.

O, İzmirə gedib və bu şəhərin “Altınordu” klubu ilə anlaşıb.

Onu da bildirək ki, “Kocaelispor”un U-19-da çıxış edən Sərkan Aydın əsas komanda ilə yoxlama oyununda meydanda olmuşdu.

Hazırda Türkiyə II divizionunda çıxış edən “Kocaelispor”da 2015-ci ildə U-17 millimizdə çıxış etmiş Murat Akpınar da forma geyinir. 22 yaşlı yarımmüdafiəçi Super Liqa klubu “Trabzonspor”a məxsusdur və İzmit komandasında icarə əsasında çıxış edir.

Digər Xəbərlər
Xəbər Lenti