Azərbaycanlı Rusiyada Milli Futbol Liqasının prezidenti oldu

25 Fevral 2021 23:20 Bizimkilər 935
Azərbaycanlı Rusiyada Milli Futbol Liqasının prezidenti oldu

Rusiyanın Milli Futbol Liqasına (MFL) prezident seçkiləri keçirilib.

Sportinfo.az xəbər verir ki, Aleksandr Əliyev qurumun prezidenti seçilib.

Bunadək Rusiya Futbol İttifaqının baş katibi olan funksionerə 22 klubdan 19-u səs verib. Onun rəqibi təşkilatın icraçı direktoru İvan Şabanov olub.

Sonuncu 2020-ci ilin dekabrından İqor Yefremovu prezident vəzifəsində əvəz edirdi.

41 yaşlı Əliyev 2007-ci ildən Rusiya Futbol İttifaqında çalışıb.

Digər Xəbərlər
Xəbər Lenti