COP29

"Komandalar ildən-ilə gücünü artırır, çÇempion olduğumuz üçün..."

25 May 03:00 Basketbol 450
"Komandalar ildən-ilə gücünü artırır, çÇempion olduğumuz üçün..."

"Çempion olduğumuz üçün çox şadam".

Sportinfo.az xəbər verir ki, bunu “Xəzri”yə (74:69) qalib gələrək Azərbaycan Baketbol Liqasında çempion olan “Sabah”ın baş məşqçisi Rimas Kurtinaytis deyib.

64 yaşlı litvalı mütəxəssis görüşün gərgin mübarizə şəraitində keçdiyini bildirib:

“Xəzri" güclü komandadır. Onları çətinliklə məğlub etdik.

Hər iki komandanın ifasında gərgin oyun izlədik. Komandama qalib gəldikləri üçün öz təşəkkürümü bildirirəm.

Cari mövsüm çox çətin keçdi. Komandalar ildən-ilə gücünü artırır. Çempion olduğumuz üçün çox şadam".

Azərbaycan Basketbol Liqasının final seriyasının dörcüncü görüşündə “Xəzri” üzərində ardıcıl 3-cü qələbəsini qazanan “Sabah” qızıl medallara sahib çıxıb.

Digər Xəbərlər
Xəbər Lenti
26 İyul 18:10 Çək və bizə göndər!
26 İyul 00:10 "Nə olacaqsa, olacaq"