COP29

Azərbaycan yarımfinala qaldı - Olimpiya Təsnifat turnirində

13 Aprel 16:55 Basketbol 774
Azərbaycan yarımfinala qaldı - Olimpiya Təsnifat turnirində

Azərbaycanın qadınlardan ibarət 3x3 basketbol millisi Honqkonqda təşkil olunan Olimpiya Təsnifat turnirində yarımfinala vəsiqə qazanıb.

Sportinfo.az xəbər verir ki, yığma buna B qrupunda II turun matçında Monqolustana qalib gəlməklə (13:12) nail olub.

Ötən gün Çilini məğlub edən (17:14) komanda III turda Niderlandla görüşəcək. Bu qarşılaşma qrup liderini müəyyənləşdirmək baxımından əhəmiyyətli olacaq.

Yarımfinal və həlledici oyunlar aprelin 14-də baş tutacaq. Turnirin qalibi Paris-2024 Yay Olimpiya Oyunlarına yeganə vəsiqəyə sahib çıxacaq.

Digər Xəbərlər
Xəbər Lenti
26 İyul 18:10 Çək və bizə göndər!
26 İyul 00:10 "Nə olacaqsa, olacaq"