“İstədiyimizi edə bilmirdik, bu dəfə oyunçularım hakimlərlə mübahisə etmədi”

22 Yanvar 03:20 Basketbol 472
“İstədiyimizi edə bilmirdik, bu dəfə oyunçularım hakimlərlə mübahisə etmədi”

"Qələbə qazanmaq istəyimiz yüksək idi və bunu bacardıq".

Sportinfo.az xəbər verir ki, bunu "Abşeron"un baş məşqçisi Erhan Toker "Sərhədçi"yə qarşı Azərbaycan Basketbol Liqasının XII turunun oyunundan sonra klubun mətbuat xidmətinə açıqlamasında deyib.

"Sərhədçi" - "Abşeron" qarşılaşması ikincilərin 85:79 hesablı qələbəsi ilə yekunlaşıb. Türkiyəli mütəxəssis qalib gəldikləri görüş barədə danışıb:

Son bir neçə oyunda istədiyimizi edə bilmirdik. Qarşılaşmadan öncə basketbolçularla bu barədə danışığımız oldu.

Bu gün oyunçularım hakimlərlə mübahisə etmədilər. Qələbə qazanmaq istəyimiz çox yüksək idi və bunu bacardıq.

Bu gün nəticə qazanmaqla bərabər həm də yaxşı oyun nümayiş etdirdik. "Sərhədçi"yə də gözəl oyuna görə təşəkkür edirik".

Digər Xəbərlər
Xəbər Lenti
16 Sentyabr 18:10 Çək və bizə göndər!
16 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
16 Sentyabr 08:40 Cəfərov UEFA-ya lazım oldu
16 Sentyabr 05:10 “Şahdağ” Bayıl yolunda