COP29

"Neftçi" ilə oyundakı qələbə haqda: "Razı qalmadım"

29 Oktyabr 03:50 Basketbol 1 242
"Neftçi" ilə oyundakı qələbə haqda: "Razı qalmadım"

“Sabah” basketbol komandasının baş məşqçisi Rimas Kurtinaytis Azərbaycan Basketbol Liqasının 2-ci turunun “Neftçi” İK ilə oyundan sonra klubun mətbuat xidmətinə danışıb.

Sportinfo.az xəbər verir ki, litvalı mütəxəssis ölkə çempionunun 93:75 hesablı qələbəsini şərh edib:

“Hər oyundan nəticə çıxarmaq lazımdır. Qələbə qazansaq da, son 5 dəqiqədə sərgilədiyimiz oyundan razı qalmadım.

Oyun keyfiyyətini artırmalıyıq. Ehtiyatda olan oyunçularımız daxili çempionatda daha yaxşı çıxış etməlidir. Bunun üzərində işləməyə davam edəcəyik”.

Təcrübəli məşqçi iki gündən sonra avrokuboklarda qarşılaşacaqları “Spiru” ilə oyun barədə də fikirlərini açıqlayıb:

“Belçika klubu yaxşı mübariz əzmi olan komandadır. Bacarıqlı gənc oyunçuları var.

Daxili çempionatlarında da işləri yaxşı gedir. Yerli oyunçularının səviyyəsi yaxşıdır.

"Marussi”dən ustalıq səviyyəsində geri qalsalar da, xarakter nümayiş etdirib qələbə qazandılar. Lakin biz də azarkeşlərimiz önündə əlimizdən gələni edəcəyik ki, qalib gələk".

Digər Xəbərlər
Xəbər Lenti