COP29

“Biz orada fərqli Azərbaycan millisi görəcəyik”

3 İyun 08:20 Basketbol 690
“Biz orada fərqli Azərbaycan millisi görəcəyik”

"Paris-2024”də fərqli Azərbaycan millisi görəcəyik".

Sportinfo.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında, Azərbaycanın qadınlardan ibarət 3x3 basketbol millisinin baş məşqçisi Raşa Deliç deyib.

Serbiyalı mütəxəssis bu gün start götürən 3x3 basketbol üzrə Dünya Qadın Seriyasının Qəbələ mərhələsi barədə danışıb:

“Fiziki hazırlıq baxımından çatışmazlıqlar var. Son 2-3 həftədə bunun üzərində işlədik.

Sözün yaxşı mənasında “Paris-2024”də fərqli Azərbaycan millisini görəcəyik. Basketbolçularımızın ayaqları ağırlaşıb.

Çünki həqiqətən ağır tərzdə məşqlər keçirdik. Qarşıda bizi bir neçə yarışlar gözləyir.

Dünya Qadın Seriyasının Qəbələ mərhələsi bu turnirlərə hazırlıq xarakteri daşıyır”.

Azərbaycan millisi Dünya Qadın Seriyasının Qəbələ mərhələsində yer aldığı “A” qrupunda iki görüş keçirib. “Baku Fleyms” klubuna qalib (21:6) gələn yığma, Portuqaliyaya məğlub (13:21) olub.

Digər Xəbərlər
Xəbər Lenti