Millimiz AÇ-a Malta məğlubiyyəti ilə başladı

29 İyun 2022 01:20 Basketbol 763
Millimiz AÇ-a Malta məğlubiyyəti ilə başladı

Basketbol üzrə Azərbaycan millisi Maltada təşkil olunan kiçik ölkələrin Avropa çempionatında ilk oyununu keçirib.

Sportinfo.az xəbər verir ki, A qrupunda yer alan yığma I turda ev sahibləri ilə qarşılaşıb.

Görüş Aleksandar Trifunoviçin rəhbərlik etdiyi kollektivin 71:73 hesablı məğlubiyyəti ilə başa çatıb.

Yığma növbəti matçında iyunun 29-da Andorra ilə üz-üzə gələcək.

Digər qrupda San-Marino, Ermənistan və Cəbəllütariq komandaları mübarizə aparacaqlar.

Digər Xəbərlər
Xəbər Lenti
14 İyul 18:10 Çək və bizə göndər!
14 İyul 03:40 Avropa çempionu Bakıda