İspaniyalı yeni baş məşqçiyə 2 yerli köməkçi təyin olundu - Azərbaycan yığmasında

12 İyun 2024 02:20 Basketbol 1 331
İspaniyalı yeni baş məşqçiyə 2 yerli köməkçi təyin olundu - Azərbaycan yığmasında

Azərbaycanın 20 yaşadək basketbolçulardan ibarət millisində yeni məşqçi təyinatları reallaşıb.

Sportinfo.az xəbər verir ki, U-20 yığmasının baş məşqçi postuna əsas millidə Tahir Baxşıyevin köməkçisi olan ispaniyalı mütəxəssis Alberto Blanko gətirilib.

Onun birinci köməkçisi Zaur Paşayev, ikinci köməkçisi isə Anar Hacıyev olub.

Milli komanda iyulun 12-21-də Rumıniyanın Piteşti şəhərində keçiriləcək Avropa çempionatının "B" divizionunda mübarizə aparacaq.

İspaniyalı mütəxəssisin planlarında turnirə hazırlıq məqsədi daşıyan bir neçə təlim-məşq toplanışının keçirilməsi də yer alıb.

Digər Xəbərlər
Xəbər Lenti
5 Dekabr 18:10 Çək və bizə göndər!
5 Dekabr 08:40 Onlardan da PUL ÇIXDI
5 Dekabr 04:00 Burada kimlər olacaq?