FİFA-dan Premyer Liqa klubların nə qədər pul çatacaq?

1 Aprel 2020 12:58 Azərbaycan Futbolu 409
FİFA-dan Premyer Liqa klubların nə qədər pul çatacaq?

Azərbaycan klublarını sevindirə biləcək yeni xəbər var.

"The Times" nəşrinin yazdığına görə, FIFA dünya futbol təsərrüfatına dəstək məqsədilə sabitləşmə fondu yaratmağı planlaşdırır.

Sportinfo.az xəbər verir ki, belə bir fondun təsis olunması ideyası klubların koronavirus pandemiyasına görə maliyyə böhranı ilə üzləşməsindən sonra gündəmə gəlib.

Ən son illik hesabata görə, FIFA-nın hazırkı pul ehtiyatı 2,74 milyard ABŞ dolları təşkil edir. İddiaya əsasən, ali futbol qurumu yeni fonda bir neçə yüz milyon ABŞ dolları ayırmağı planlaşdırır. Amma fondun yaradılmasını FIFA-nın Şurası təsdiqləməlidir.

FIFA rəsmilərinin hazırda koronavirusun dünya futboluna qısa və orta müddətli təsirini qiymətləndirdiyi vuruğulanıb. Fondun klublara qısamüddətli kreditlər və təcili qrantlar verəcəyi gözlənilir. Fondun FIFA rəhbərliyindən asılı olmayaraq idarə olunacağı bildirilib.

Xəbər Lenti