
"Yaxın vaxtlarda daha bir neçə gənc futbolçumuz legioner həyatı yaşaya bilər".
Bu sözləri Sportinfo.az-a açıqlamasında FİFA meneceri Vaqif Heydərli deyib.
Son illərdə Budaq Nəsirov, Fərid Nəbiyev, Kamran Quliyev, Samir Qurbanov kimi gəncləri ölkə xaricinə çıxaran tanınmış agent bildirib ki, bu istiqamətdə müəyyən yeniliklər gözlənilir:
"Hələlik ad çəkə bilmərəm. Xarici klublara təklif etdiyimiz futbolçuların hamısı cavandır. Onlarla maraqlananlar var. Çexiya, Slovakiya, Xorvatiya, Sloveniya kimi ölkələrin klublarıyla hazırda danışıqlar gedir. Portuqaliya da ola bilər. Hər halda boş oturmamışıq, variantları dəyərləndirməyə çalışırq".