Rövşən Nəcəf Parisə getdi, Elxan Məmmədovu qarşısında gördü - FOTOLAR

30 İyul 2024 01:10 Azərbaycan Futbolu 4 130
Rövşən Nəcəf Parisə getdi, Elxan Məmmədovu qarşısında gördü - FOTOLAR

Bu gün Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) prezidenti Rövşən Nəcəf Fransanın paytaxtı Paris şəhərinə səfəri çərçivəsində FİFA-nın prezidenti Canni İnfantino ilə görüşüb.

Sportinfo.az AFFA-nın saytına istinadən xəbər verir ki, FİFA-nın baş katibi Mattias Qrafström və Avropa üzrə regional direktoru Elxan Məmmədov da iştirak ediblər.

Söhbət zamanı ölkəmizdə futbolun inkişafı üzrə əməkdaşlıq imkanları müzakirə olunub, uşaq və qadın futbolunun təkmilləşdirilməsi, kütləviliyin və futbola marağın artırılması məsələləri nəzərdən keçirilib.

Görüşdə Canni İnfantino Azərbaycanın ilk dəfə təşkil olunan “FIFA series” turnirinə uğurla ev sahibliyi etməsi münasibətilə təbriklərini çatdırıb.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti