FİFA azərbaycanlı iş adamını futboldan birdəfəlik “sildi” - FOTO

00:40 Hadisə 400
FİFA azərbaycanlı iş adamını futboldan birdəfəlik “sildi” - FOTO

FIFA Rusiya Futbol İttifaqının tələbi ilə “Ximki”nin keçmiş investoru Tufan Sadıqovu futbol fəaliyyətindən kənarlaşdırıb.

Sportinfo.az xəbər verir ki, bundan sonra o, futbolla əlaqəli heç bir fəaliyyət göstərə billməz.

Azərbaycanlı Tufan Sadıqov iş adamı və “Ximki”nin keçmiş investorudur. Lakin o, rəsmi olaraq klubda heç bir rəsmi vəzifə tutmayıb.

2023-cü ilin may ayında məmur “Ximki”nin büdcəsinin növbəti beş il üçün ildə 1,5 milyard rubl olduğunu bildirmişdi.

Rusiyadan uzaqlaşdıqdan və “Ximki”dən ayrıldıqdan sonra o, Türkiyəyə yollanaraq “Serikspor”a rəhbərlik etməyə başlamışdı. Lakin orada da ödəmədiyi borclar əmələ gətirdikdən sonra klubdan ayrılmışdı.

18 iyun 2025-ci il tarixli qərara əsasən “Ximki” klubu Moskva vilayəti tərəfindən rəsmi olaraq müflis elan edilərək fəaliyyətini dayandırıb.

Azərbaycanlı klub sahibi Rusiyaya çağırıldı - 10 milyon manatlıq borc QALMAQALI

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti