“VAR hakimlər “Real”ın xeyrinə çox “oynamağa” başladıqdan sonra icad edilib”

6 Mart 18:40 Dünya futbolu 287
“VAR hakimlər “Real”ın xeyrinə çox “oynamağa” başladıqdan sonra icad edilib”

Çilinin ”Colo-Colo” klubunun futbolçusu Arturo Vidal, VAR sisteminin dəfələrlə “Real”ın xeyrinə olan böyük hakim səhvləri nəticəsində icad edildiyini düşünür.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, o, vaxtı ilə Avropada formasını geyindiyi komandalarla “Real”a qarşı oyunlardan sonra bu nəticəyə gəlib:

“Bəli, bu VAR sistemi məhz hakimlər “Real”ın xeyrinə çox “oynamağa” başladıqdan sonra icad edilib. Buna şübhəm yoxdur. Biz də “Real”ın xeyrinə çevrilən səhvlərdən əziyyət çəkirdik”.

Vidal daha əvvəl “Barselona”, “Yuventus”, “Bayern”, “İnter” kimi klublarda forma geyinib.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
16 Aprel 18:10 Çək və bizə göndər!
16 Aprel 14:20 Bir də yayda qayıdacaq
16 Aprel 00:50 Yenə qazaxlara uduzduq