Vernidubdan ŞOK SÖZLƏR! “Neftçi”də səndən güclüsü yoxdur, həmişə oynayacaqsan!”

13:00 Neftçi 2 035
Vernidubdan ŞOK SÖZLƏR! “Neftçi”də səndən güclüsü yoxdur, həmişə oynayacaqsan!”

Emin Mahmudov mövsümün sonunadək «Neftçi»nin əsas heyətində meydana çıxacaq və kapitanlıq sarğısını qolundan açmayacaq.

Bu, Yuri Vernidubun ona son vədidir.

Baş məşqçi yarımmüdafiəçi ilə keçirdiyi son toplantıda maraqlı fikirlər söyləyib. Ukraynalı mütəxəssis 2017-ci ildən ağ-qara formanı geyinən orta sahə oyunçusuna sonsuz etibarını ifadə edib.

«Nə qədər ki mən burada baş məşqçiyəm, sən bu komandanın lideri olacaqsan. «Neftçi»də gördüyüm ən güclü oyunçusan.

Azərbaycana gəldiyim ilk vaxtlarda sənin haqqında tamamilə başqa şeylər eşitmişdim. Əksəriyyət səni mənə pisləyirdi.

Ancaq sonra gördüm ki, bunlar həqiqət deyil. Zəif də oynasan, güclü də oynasan, daim əsas heyətdə yer alacaqsan.

Səni ehtiyat skamyada əyləşdirmək fikrim yoxdur, bunu biləsən. Oyunun yaxşı da alınsa, pis də alınsa, həmişə arxandayam.

Mən sənə bu qədər inanıram. İndi hər şey özündən asılıdır.

Bilirəm ki, dindarsan, Allaha çox inanırasan. O Allah, o da sən - komanda üçün bacardığından daha da artığını elə.

Meydanda olduğun vaxt səndən tək istəyim hərəkətdən qalmamağındır.

Sənin qaçdığını, hər top uğrunda mübarizə apardığını görən digər futbolçular da qələbə üçün əlindən gələni edəcək» - Vernidub sözünü tamamlayıb.

SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti