"Bir çox futbolçunun kifayət qədər problemi var"

6 Mart 22:00 İngiltərə 122
"Bir çox futbolçunun kifayət qədər problemi var"

“Arsenal”ın baş məşqçisi Mikel Arteta komandasının hazırda emosional baxımdan çətin bir dövr keçirdiyini açıqlayıb.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, ispaniyalı mütəxəssis, futbolçularının çoxsaylı problemləri olduğunu və tam şəkildə məşq edə bilmədiklərini deyib:

“Emosional baxımdan qarşılaşdığımız bütün çətinliklərlə mübarizə aparmalıyıq. Bir çox futbolçunun kifayət qədər problemi var.

Normal məşq edə bilmirlər və bütün bunlardan keçməli olurlar. Buna görə də, onların gördüyü işə çox yüksək qiymət verirəm”.

“Arsenal” hazırda Premyer Liqada 30 oyundan sonra 67 xal toplayaraq, turnir cədvəlinə başçılıq edir.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti