İntizam Komitəsi özünü axmaq yerinə qoydu! - Biabırçı hadisənin VİDEOsu

6 Mart 18:00 Qalmaqal 787
İntizam Komitəsi özünü axmaq yerinə qoydu! - Biabırçı hadisənin VİDEOsu

AFFA İntizam Komitəsi (İK) Misli Premyer Liqasının 22-ci turu ilə bağlı cəzaları açıqlayıb.

“Qarabağ” - “Sabah” matçına (3:3) görə bir sıra cəzalar verilib.

Beş sarı vərəqə aldığı üçün Ağdam təmsilçisi 700 manat cərimələnib. Həmçinin “Qarabağ” azarkeşləri tərəfindən kütləvi şəkildə təhqiramiz ifadələr səsləndirildiyinə və bu hal cari mövsümdə dördüncü dəfə təkrarlandığına görə klub 8000 manat cərimə edilib.

Fəqət…

İK qarşılaşmanın son bölümündə yaşanan dava barədə hansısa qərar qəbul etməyib.

Belə ki, “Sabah”ın məşqçisi Valerio Zuddas Musa Qurbanlının hesabı bərabərləşdirməsindən sonra “Qarabağ”ın ehtiyat oyunçular skamyasına qeyri-etik jest edib.

Nəticədə ”köhlən atların məşqçilər heyəti və ehtiyat oyunçuları qarşı tərəfə hücum çəkib. Baş verən davaya görə isə matç 7-8 dəqiqə dayanıb.

Ardından baş hakim Tural Qurbanov ev sahiblərinin məşqçilərindən Müşviq Hüseynovla Zaur Tağızadəyə sarı vərəqə göstərib.

İntizam Komitəsi əvvəlki toplantılarında bu cür qeyri-etik jestlərə görə ağır cəzalar verilib.

Məsələn, ”Neftçi”dən Samir Abasov, ”Şamaxı”dan, Ayxan Abbasov, ”Sumqayıt”dan Saşa İliç, ”Qəbələ”dən Kaxaber Sxadadze qeyri-etik sözlərə və ya davranışa görə cəza alıb.

Əgər AFFA İntizam Komitəsi görüntü olmadığını iddia edirsə, buyursunlar,bu da onlara həmin video. Komitənin üzvlərinin gözündə problem yoxdursa, aşağıda təqdim etdiyimiz görüntülərə yaxşı-yaxşı baxsınlar.

Burada hər şey açıq-aydındır - Valdas Dambrauskasın italiyalı yardımçısının necə tərbiyəsiz jest etdiyinə fikir versinlər.

Necə ola bilər ki, “Sabah”ın baş məşqçisi Valdas Dambrauskas matçdan sonra bunu etiraf edir və qarşı tərəfdən üzr istəyir, ama İntizam Komitəsi bu boyda faktı görməzdən gəlir?

Kişilikləri çatırsa, qoy etiraf etsinlər - tapşırığı kimdən alıblar?

SPORTİNFO.AZ

VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti