Dörd komanda problem çıxardı - Hamısına texniki məğlubiyyət verildi

7 Mart 02:10 Hadisə 340
Dörd komanda problem çıxardı - Hamısına texniki məğlubiyyət verildi

AFFA Region Liqasında mübarizə aparan "Sabirabad", "Murov Kəlbəcər"ə, U-15 Liqasında yarışan ROFM-i və U-13 Liqası komndalarından "Ərgünəş"ə təxniki məğlubiyyət verib.

Sportinfo.az xəbər verir ki, AFFA İntizam Komitəsinin bugünkü iclasında belə qərar qəbul edilib.

Fevralın 28-də AFFA Region Liqasında keçirilməli olan "Sabirabad" FK - "Olimpik Sabirabad" oyununun "Sabirabad" FK-nın heyətində yetərsay olmadığına görə baş tutmadığı üçün sözügedən komandaya 0:3 hesablı texniki məğlubiyyət verilib.

Eyni çempionatda martın 1-də keçirilməli olan "Mərcanlı" FK - "Murov Kəlbəcər" FK oyunu "Mərcanlı"nın təyin edilən vaxtda meydanda olmadığına görə baş tutmadığı üçün bu komanda da 0:3 hesablı texniki məğlubiyyətlə cəzalandırılıb.

U-15 Liqasında keçirilməli olan ROFM - "Xocalı" FK oyunu ROFM0ın ev sahibi olaraq təcili tibbi yardım və ya həkim briqadası ilə təmin etmədiyinə görə baş tutmadığı üçün ROFM texniki məğlubiyyət alıb.

AFFA U-13 Liqası təmsilçilərindən "Ərgünəş" FK isə "Sunami" FK ilə oyun bitdikdən sonra heyətində lisenziyası mövcud olmayan futbolçunun aşkarlandığı üçün eyni cəza ilə üzləşib.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
16 Aprel 18:10 Çək və bizə göndər!
16 Aprel 14:20 Bir də yayda qayıdacaq