Qurban Qurbanov da onu xilas edə bilmədi...

Qurban Qurbanov da onu xilas edə bilmədi...

Nəriman Axundzadə "Qarabağ"da debüt edəndə 18 yaşı vardı.

Elə sərt tənqidlər, təhqirlərlə üz-üzə qalanda da...

Şəxsinə deyilməyən söz qalmadı.

Bəli, səhvləri vardı, bəzən gözləntilərin altında qalırdı, amma heç bir halda bu linç kompaniyasını haqq etmirdi.

Özünə hörmət etməyənlərin təhqirini hələ demirəm...

"Qarabağ"da Nərimandan təcrübəli, ondan dəfələrlə artıq maaş alan, amma Nərimanın verdiyi faydanın zərrəsini verməyən əcnəbilər o qədər olub ki...

Ancaq heç biri Nəriman qədər tənqid olunmayıb.

Bu uşağa qarşı hər zaman qərəzli münasibət ortaya qoyuldu.

Ögey münasibət bəsləndi.

Qurban Qurbanov kimi dəmir adam da onu bu cür kütlənin əlindən xilas edə bilmədi.

Ölkənin bir nömrəli baş məşqçisinin güvəndiyi gəncə "daydayı var" dedilər, "futbolçu deyilsən" damğası vurdular...

Qurban Qurbanov bu kütləni çox yaxşı tanıyır.

Əllərindən az çəkməyib.

Amma dözüb, səbr edib, ayaq üstə durmasını bilib.

Nərimanın da eyni cığırda getməsinə çox çalışdı, mübarizə apardı.

Bəzən özünü də qurban verdi.

Amma bacarmadı.

Nəriman Qurban ola bilmədi/dözmədi.

Başını götürüb getdi ABŞ-a.

Mülkü işə yox, futbol oynamağa.

Messinin olduğu...

Milyonların dövr elədiyi...

Xalça meydanların səhnədə yer aldığı...

Tribunalarının dolu olduğu...

Gözoxşayan stadionlarının olduğu ABŞ-a.

Amerikalılar sizin futbolçu deyil dediyiniz Nərimanı aparmaq üçün "Qarabağ"a da, özünə də milyonlar xərclədi.

Hər halda, dünyanı idarə edən amerikalılar sizdən ağılsız deyil də...

XANOĞLAN İMANOV

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti