Aydın Əlizadə Bakıdakı Dünya Kubokunda finala yüksəldi

7 Mart 04:30 Digər növlər 313
Aydın Əlizadə Bakıdakı Dünya Kubokunda finala yüksəldi

Azərbaycanın daha bir idman gimnastı Bakıda keçirilən Dünya Kubokunda finala vəsiqə qazanıb.

Sportinfo.az xəbər verir ki, Milli Gimnastika Arenasında keçirilən turnirdə Aydın Əlizadə buna nail olub.

O, dayaqlı tullanmada 13,733 xalla 7-ci yeri tutub.

Ötən gün Nikita Simonov halqalar üzrə hərəkətlərdə, Dəniz Əlizadə dayaqlı tullanmada finala yüksəliblər.

35 ölkə təmsilçilərinin mübarizə apardığı Dünya Kuboku martın 8-də başa çatacaq.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
16 Aprel 18:10 Çək və bizə göndər!
16 Aprel 14:20 Bir də yayda qayıdacaq
16 Aprel 00:50 Yenə qazaxlara uduzduq