Abbasovla Berdiyev arasında nələr yaşanıb? - Bilmədiyiniz hər şey BURADA!

18 Fevral 23:00 Azərbaycan Futbolu 241
Abbasovla Berdiyev arasında nələr yaşanıb? - Bilmədiyiniz hər şey BURADA!

Premyer Liqanın 20-ci turunun maraqlı görüşlərindən biri Şamaxıda baş tutdu.

Yerli komanda "Turan Tovuz"u qonaq etdi.

Düzdü, tərəflərin fərqli hədəfləri var.

Meydan sahibləri liqada qalmaq, qonaqlar isə çempionluq uğurunda mübarizə aparır.

Amma son illər bu iki bölgə klubunun görüşləri çox dramatik alınır.

Xüsusilə Ayxan Abbasovun "Şamaxı"ya, Kurban Berdiyevin isə "Turan Tovuz"a baş məşqçi gəlməsindən sonra.

Bunu biz yox, nəticələr və görüşdə yaşananlar deyir.

Bu dəfə də əvvəlki matçlardan geri qalmadı.

İki təcrübəli mütəxəssis son iki mövsümdə 6-cı dəfə üz-üzə gəldi.

Üstünlük birmənalı şəkildə türkmənistanlı çalışdırıcı tərəfdədir. Məğlubiyyət yaşamayıb. 3 görüşdə qələbəyə tovuzlular sevinib, digər 3 halda bərabərlik qeydə alınıb.

Amma Abbasovun sabiq komandasını məğlub etmək şansları heç də az olmayıb.

Belə ki, 5 görüşdən üçün də "şirlər" hesabda öndə olub.

Şamaxıda baş tutan ilk dueldə Kristianın 90+5-ci dəqiqədə vurduğu qol Qərb təmsilçisini məğlubiyyətdən xilas edib - 2:2.

Tovuzda keçirilən ikinci qarşıdurmada "Şamaxı" fasiləyə 2:1 öndə yollanıb. Amma ikinci yarıda bu dəfə bərabərliyi qorumaq da mümkün olmayıb. 90+5-ci dəqiqədə Roderik Miller yerli publikanı sevindirib - 2:3.

Bu mövsümün birinci yarısındakı görüşdə də "Şamaxı" hesabda öndə olan tərəf olub, amma yenə üstünlüyü qorumaq mümkün olmayıb - 1:2.

Ayxan Abbasov həmkarını məğlub etmək üçün altıncı cəhdi də uğurlu olmadı.

Əslində bu dəfə də daha üstün, daha çox qol imkanları əldə edən tərəf "şirlər" oldu, amma nəticəni xeyrinə dəyişə bilmədi.

XANOĞLAN İMANOV

Digər Xəbərlər
Xəbər Lenti
18 Fevral 23:30 Çək və bizə göndər!
18 Fevral 15:00 PFL və AFFA-nın muradı