Cari mövsümdə 4-cü baş məşqçi ilə də vidalaşdılar

7 Mart 10:00 Türkiyə 589
Cari mövsümdə 4-cü baş məşqçi ilə də vidalaşdılar

Türkiyə Super Liqasında növbəti baş məşqçi istefası gerçəkləşib.

Sportinfo.az xəbər verir ki, “Gənclərbirliyi” Levent Şahinlə yollarını ayırıb. Bu barədə Ankara klubunun mətbuat xidməti məlumat yayıb.

52 mütəxəssislə yaranan fikir ayrılıqlarına görə onunla müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.

Levent Şahin 16 fevralda “Gənclərbirliyi”nin baş məşqçisi vəzifəsinə təyin olunmuşdu. Paytaxt təmsilçisi mövsüm ərzində Hüseyin Eroğlu, Volkan Demirel və Metin Diyadini də istefaya göndərib.

Komanda Super Liqada 24 turdan sonra 24 xal toplayıb və turnir cədvəlinin 13-cü pilləsində qərarlaşıb.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
23 İyun 17:30 Çək və bizə göndər!
23 İyun 10:20 Neymar geri qayıtdı