“Ürəyim qırılıb, kədərliyəm, çox sarsılmışam, ağlayıram” - KƏDƏRLİ MESAJ

00:10 Hadisə 122
“Ürəyim qırılıb, kədərliyəm, çox sarsılmışam, ağlayıram” - KƏDƏRLİ MESAJ

“Liverpul”un sabiq müdafiəçisi Con Arne Rise ailəsindəki faciədən danışıb. Futbolçunun atası vəfat edib.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, norveçli sabiq futbolçu atasının ölümünə görə çox sarsıldığını deyib:

“Ürəyim qırılıb, kədərliyəm. Çox sarsılmışam, ağlayıram. Gözəl atam vəfat edib…

Xərçəng xəstəliyi onun həyatına tez bir zamanda son qoydu, amma evdə o, sona qədər ailəsi və övladlarıyla əhatə olunmuşdu.

O, indiyə qədər tanış olduğum ən şirin, ən mehriban insan idi. Səni sevirəm, ata. Sənin üçün darıxacam! Sənin üçün ailəmə baxacam”.

Con Arne Rise 2001-2008-ci illərdə “Liverpul”da oynayıb. O, “qırmızılar”la birlikdə Çempionlar Liqasını, İngiltərə Liqa kubokunu, İngiltərə superkubokunu və Avropa superkubokunu qazanıb.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti