"Lənkəran"ı məğlub edən "Naxçıvan" ikinci pillədə qərarlaşdı

04:20 Basketbol 100
"Lənkəran"ı məğlub edən "Naxçıvan" ikinci pillədə qərarlaşdı

Azərbaycan Basketbol Liqasında (ABL) XVIII turun daha bir oyunu keçirilib.

Sportinfo.az xəbər verir ki, "Naxçıvan" "Lənkəran" ilə üz-üzə gəlib.

Sərhədçi İdman Mərkəzindəki qarşılaşma Naxçıvan təmsilçisinin qələbəsi ilə yekunlaşıb - 104:73.

Naxçıvan təmsilçisi B qrupunda 30 xalla ikinci pillədə qərarlaşıb. "Lənkəran" isə 21 xalla sonuncu - altıncıdır.

Tura martın 8-də yekun vurulacaq. Ötən gün "Sumqayıt" "Quba"nı (117:116), "Sərhədçi" "Ordu"nu (70:67) məğlub edib.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti