“Zirə” kömək etdi, Azərbaycan 25-ci pillədə qərarlaşdı

12 İyul 2024 12:40 Azərbaycan Futbolu 1 088
“Zirə” kömək etdi, Azərbaycan 25-ci pillədə qərarlaşdı

Qitə kuboklarının I təsnifat mərhələsinin ilk oyunlarından sonra UEFA reytinqi açıqlanıb.

Sportinfo.az xəbər verir ki, Azərbaycan 17.000 əmsalla 25-ci pillədə qərarlaşıb.

Buna “Zirə”nin UEFA Avropa Liqasının I təsnifat mərhələsinin ilk matçında “Şerif”i üstələməsi (1:0) səbəb olub. Bu qələbə ölkəmizə 0,250 əmsal qazandırıb.

Azərbaycan Kipri (16,975) arxada qoyub. 24-ci pillədə Slovakiya (17,125) qərarlaşıb.

55 ölkənin yer aldığı siyahıya İngiltərə (89,160) başçılıq edir.

Digər Xəbərlər
Xəbər Lenti