COP29

Ölkəmizdə məşqçilərin maaşlarına, futbolçuların qida puluna göz dikən KLUBLAR

24 Aprel 11:40 Azərbaycan Futbolu 1 970
Ölkəmizdə məşqçilərin maaşlarına, futbolçuların qida puluna göz dikən KLUBLAR

Rövşən Nəcəfin AFFA prezidenti kimi rəsmi təyinatından azalır bir ay keçsin.

Hələ ki, federasiyanın yeni komandasında susqunluq dövrüdür. Amma buna fırtına öncəsi səssizlik də deyə bilərik.

Ehtimal olunur ki, yeni tərkibli İcraiyyə Komitəsinin ilk iclasında yeni qərarlar açıqlanacaq.

Artıq indidən bəziləri mətbuata sızıb.

Məsələn, Əvəzedici Liqanın ləğv edilməsi müzakirə olunan qərarlar arasındadır.

Və ən acınacaqlısı odur ki, bunun əsas səbəbkarı AFFA-nın yeni rəhbərliyi yox, Premyer Liqanın bəzi klublarıdır.

Onların sayı isə heç də az deyil.

Belə ki, əksər klubların rəhbərliyi 4 ildən sonra ötən mövsüm bərpa edilən liqanın yenidən ləğv edilməsində israr edir.

Hətta buna görə federasiyaya ciddi təkidlə təsir etdiklərini də deyə bilərik.

Əsas səbəb kimi də ikinci komandaların saxlanması üçün xərclənən məbləğ göstərilir.

Söhbət təxminən 200-250 min manatdan gedir.

Başqa vaxt el içində futbolun kütləviliyindən danışan klub rəsmiləri, baş məşqçiləri pərdənin arxasında elə özləri həmin kütləviliyə qənim kəsilməkdədir.

Bu gün Premyer Liqa klublarının hər birində keyfiyyətsiz legionerlər yer alıb.

Hərəsinin də illik qazancı minimum 200 min manatdan çoxdur.

Nədənsə onda dövlətin ayırdığı pula qənaət etmək yada düşmür.

Amma azərbaycanlı balaların oynadığı liqaya xərclənən qəpik-quruş göz deşir.

Əvəzedici komandalara ayrılan 200 min heç həmin uşaqlara da çatmır.

Sadəcə onların futbol oynaması üçün səfər xərclərinə, inventara, qidalanmalarına və az bir qismi də məşqçilər, həkimlər korpusunun maaşlarına ayrılır.

Məncə, klub rəsmiləri, məşqçiləri ikinci komandada çalışanların maaşına, futbolçuların qida, forma puluna göz dikməkdənsə, ətraflarında xan kefində gəzən legionerləri saf-çürük etsələr daha çox qazanca əldə etmiş olarlar.

XANOĞLAN İMANOV

Digər Xəbərlər
Xəbər Lenti